Tofiq Əkbərov direktor səlahiyyətlərinin icraçısı vəzifəsinə təyin olunub
Tofiq Əkbərov Marneuli bələdiyyəsinin Təzəkənd ictimai məktəbinin direktor səlahiyyətlərinin icraçısı vəzifəsinə təyin olunub. Marneuli Təhsil Resurs Mərkəzin rəhbəri Əli Qəhrəmanov bu barədə məlumatı təsdiq etdi və bildirdi ki, Əkbərov məktəbin müvəqqəti rəhbəri olaraq təyin olunub.

“İndiyə kimi direktorun səlahiyyətlərini direktor müavini icra edirdi. Tofiq Təhsil Nazirliyində müsahibə mərhələsindən keçib və müvəqqəti olaraq səlahiyyətlərin icraçısı vəzifəsinə təyin olunub. Uzun zamandır, bu məktəbdə idman müəllimi olaraq işləyirdi”, – Qəhrəmanov bildirdi.

Marneuli bələdiyyəsində 74 ictimai məktəb fəaliyyət göstərir. Buradan yalnız 8 məktəbin direktoru var, 66 məktəbdə isə bu vəzifəni səlahiyyətlərin icraçısı həyata keçirir. Direktor vəzifəsini tutmaq üçün imtahan vermək və müsahibə mərhələsindən keçmək lazımdır. Səlahiyyətlərin icraçısı təyin edilmiş Tofiq Əkbərov bir neçə gündür ki, “Marneuli” radiosunun zənglərinə cavab vermir. Ona görə də səlahiyyətlərin icraçısı vəzifəsindən direktor vəzifəsinə qədər getməyi düşünüb-düşünmədi məlum deyil.

Direktorluğa namizədlərin qeydiyyatına 2024-cü ilin 19 fevral tarixindən başlanılıb və qeydiyyat 29 fevral tarixində başa çatacaq.

İmtahan nazirin fərdi inzibati-hüquqi aktı ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun olaraq Təhsilin İdarəedilməsi İnformasiya Sistemi tərəfindən həyata keçirilir. İmtahandan keçmək üçün nazirin fərdi inzibati-hüquqi aktı ilə müəyyən edilmiş minimum həddi keçən namizədlər müsahibəyə buraxılacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google