Meriya sahibsiz itlərə sığınacaq tikmək üçün 16 169 lari dəyərində tender elan edib.
Marneuli meriyası sahibsiz itlər üçün 130 sığınacağın hazırlanması üçün 16 169 lari dəyərində tender elan edib. Tender sənədlərinə əsasən, sahibsiz itlər üçün sığınacaqların ölçüsü 80x75x80 olmalıdır. Tenderdə iştirak etmək istəyənlər 23-28 mart tarixlərində təkliflərini təqdim edə bilərlər.

Marneuli Bələdiyyə Məclisinin 6 mart tarixində keçirilən iclasında sahibsiz itlər üçün evlərin alınması ilə bağlı məlumat açıqlanıb. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin sözlərinə görə, bu ideyanı bələdiyyənin Gender Şurası hazırlayıb.

“Ümid edirəm ki, bu itləri bəsləmək imkanı olan vətəndaşlar da bizə qoşulacaq. Quberniya Kvemo Kartli bölgəsində bütün Kvemo Kartli bələdiyyələrinə xidmət göstərəcək böyük sığınacaqlardan birini tikmək üçün çalışır. Bu məsələ hamımızı narahat edir, amma düşünürəm ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq”, – Amiran Qiorqadze bildirib.

Sahibsiz itlər üçün komaların/evlərin tikintisi üzrə tenderdə qalib gələn şirkət müqavilə imzalandıqdan sonra 45 təqvim günü ərzində işləri meriyaya təhvil verməldir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google