Sadaxlıda körpünün, Şaumyanda isə yolun bərpası üçün elan edilmiş tender ikinci dəfə də baş tutmayıb
Marneuli bələdiyyəsinin Sadaxlı kəndində körpünün bərpası və Şaumyanda daxili yollara asfalt qatının çəkilməsi işləri üçün elan edilmiş tender bir daha baş tutmayıb.

Marneuli meriyası körpünün bərpası və daxili yollara asfalt qatının çəkilməsi işləri üçün təkrar tenderi 8 mart tarixində elan edib. Tender təkliflərinin qəbulu 11 mart tarixində başa çatıb, amma tenderdə heç bir şirkət iştirak etməyib.

Marneuli meriyası Sadaxlı kəndində körpünün bərpası və Şaumyanda daxili yollara (5 və 6 yol) asfalt çəkilməsi işləri üçün ilk tenderi 26 yanvar tarixində elan etmişdi. Amma şirkətlər onda da tenderdə iştirak etməyiblər.

Tender təkliflərinə görə, Marneuli meriyası işlər üçün hər iki halda 187 692 lari nəzərdə tutub.

Meriya tərəfindən elan edilmiş tenderlərə əsasən Sadaxlıdakı körpüdə beton plitənin qarşısındakı boşluqların iri daşlarla doldurulması nəzərdə tutulub.

“Bərpa olunacaq körpü Bano çayı üzərində tikilib. Layihə yataqda beton plitənin qarşısındakı boşluqların iri ölçülü daşlarla doldurulması və yatağın formalaşması zamanı çıxarılan balastla doldurulmasını nəzərdə tutur. Körpünün zədələnmiş orta dayaqlarını gücləndirmək üçün ikiqat möhkəmləndirici ilə korpus qurulur. Korpusu təşkil etməzdən əvvəl, dayaqlardakı boşluqlar (boşluqlar) monolit betonla doldurulmalıdır. Korpusun bərkidilməsi üçün dayaqlarda deşiklər açılmalı, 16 mm-lik möhkəmləndirici lövbərlər düzülməlidir ki, onların üzərinə gövdə bərkidilsin”, – tender sənədində yazılıb.

Şaumyan kənd layihəsində isə kəndin daxili ərazisində 6 hissənin bərpası nəzərdə tutulub.

“Bugünkü vəziyyət görə, kəndin bərpa işləri aparılmamış daxili yolları çınqıl tökülmüş, torpaq və çınqıl qarışıqlı örtükdən ibarətdir. Yağış zamanı yollar palçıq olur və yerli sakinlərir hərəkət etməkdə problem yaradır. Qeyd olunanları nəzərə almaqla mövcud yolların bərpası lazımdır”, – tenderdə qeyd olunub.

İndiki mərhələdə Marneuli meriyasının Sadaxlı kəndindəki körpünün bərpası və Şaumaynda daxili yollara asfalt qatı çəkilməsi üçün üçüncü tenderi nə zaman elan edəcəyi məlum deyil.

Print ელ. ფოსტა
FaceBook Twitter Google