Kobuletidə əvvəllər qəsdən adam öldürmə ittihamı ilə məhkum olunmuş şəxs saxlanılıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kobuletidə Acarıstan Polis İdarəsinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 1 nəfəri - 1977-ci il təvəllüdlü L.Q.-ni saxlayıblar.

Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Kobuletidə tanışı - 1993-cü il təvəllüdlü T.Q.-ya aralarında yaranmış fikir ayrılığı zəminində odlu silahdan atəş açaraq xəsarət yetirib və hadisə yerindən gizlənib.

Yaralı xəstəxanaya aparıldıqdan qısa müddət sonra dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları L.Q.-ni “isti izlər”də şübhəli şəxs qismində saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google