Bir ildə 72,5 milyon lari - ezamiyyətlər büdcəyə nəyə başa gəldi
2023-cü ildə dövlət qurumları ezamiyyətlərə 72,5 milyon lari xərcləyib ki, bu da ötən ilin analoji dövrünün xərcləri ilə müqayisədə 22,1 milyon lari çoxdur. 2022-ci ildə ezamiyyətlərin dəyəri 50,4 milyon lari təşkil edib.

Dövlət Audit Xidməti Büdcə Monitorunun məlumatına görə, nazirliklər arasında 2023-cü ildə ezamiyyətlərə ən çox pul xərcləyən Müdafiə Nazirliyi 9,4 milyon lari, üçüncü yerdə isə Ədliyyə və Daxili İşlər nazirlikləri qərarlaşıb.

Nazirliklərin 2023-cü ildəki xərcləri barədə məlumatı təqdim edirik:
  • Müdafiə Nazirliyi - 9,4 milyon lari (2022-ci ildə 5,6 milyon lari)
  • Ədliyyə Nazirliyi - 8,8 milyon lari (2022-ci ildə 5,7 milyon lari)
  • Daxili İşlər Nazirliyi - 7,9 milyon lari (2022-ci ildə 4,7 milyon lari)
  • Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi - 7,3 milyon lari (2022-ci ildə 4,5 milyon lari)
  • Hökumət administrasiyası - 5 milyon lari (2022-ci ildə 3,5 milyon lari)
  • Xarici İşlər Nazirliyi - 4,7 milyon lari (2022-ci ildə 2,9 milyon lari)
  • Təhsil, Elm Nazirliyi - 4.4. milyon lari (2022-ci ildə 3,8 milyon lari)
  • Mədəniyyət, İdman və Gənclər Nazirliyi - 4,4 milyon lari (2022-ci ildə 1,5 milyon lari)
  • İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər Nazirliyi, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi - 4,1 milyon lari (2022-ci ildə 3,8 milyon lari)
  • İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi - 3,7 milyon lari (2022-ci ildə 2,1 milyon lari)
  • Maliyyə Nazirliyi - 1,9 milyon lari (2022-ci ildə 1,5 milyon lari)
  • Regional İnkişaf və İnfrastruktur Nazirliyi 544 667 lari (2022-ci ildə 285 510 lari)
  • Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin Ofisi - 62 679 lari (2022-ci ildə 57 769 lari)
Qeyd edək ki, 2023-cü ildə Gürcüstan parlamenti və onun təşkilatları ezamiyyətlərə 3,2 milyon lari xərcləyib (2022-ci ildə 2,7 milyon lari); Prezidentin administrasiyası - 919 820 lari (2022-ci ildə 1,5 milyon lari).

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google