Bakurianidə qar kütləsində qalan şəxsin axtarış-xilasetmə
işlərinə Daxili İşlər Nazirliyinin sərhəd polisinin helikopteri
cəlb olunacaq.
Bu barədə məlumatı Vəziyyətin İdarə Edilməsi Xidməti yayıb.
“Bakuriani qəsəbəsində dağdan aşan qar kütləsində qalan
şəxsin axtarışına Borjomi bələdiyyəsində Daxili İşlər Nazirliyinin
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, xilasediciləri və
müvafiq bölmələrin nümayəndələri səfərbər olunub.
Mövcud məlumatlara əsasən, ehtimal ki, bir nəfər uçqun altında
qalıb, onun axtarış-xilasetmə əməliyyatlarına Fövqəladə Hallar
Nazirliyinin Xüsusi Fövqəladə Hallara cavabdehlik üzrə baş
bölməsinin dronları və xilasediciləri cəlb olunub.
Həmçinin, xilasetmə əməliyyatında iştirak etmək üçün əlavə
xilasetmə qrupu ilə birlikdə Daxili İşlər Nazirliyinin Sərhəd
Polisinin helikopteri artıq Tbilisidən uçub”, - deyə
dərc olunan məlumatda bildirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415