“Xalqın səsi” Jurnalistlər Birliyi (“Marneuli” radiosu) və Çexiya
təşkilatı “People İn Need” “Gürcüstanda Demokratik və Davamlı
İctimaiyyət üçün Media Maarifləndirmə” layihəsi çərçivəsində media
təşkilatlar,
müstəqil və vətəndaş jurnalistlər üçün qrant müsabiqəsi elan
edir.
Layihə Çexiyanın Xarici İşlər Nazirliyi tərəfindən
maliyyələşdirilir və Kvemo-Kartli, Samtsxe-Cavaxeti regionlarında
həyata keçirilir.
Qrant komponenti:
- Qrant müsabiqəsi seçki dövründə yanlış məlumatlarla
mübarizə və seçicilərin məlumatlandırılma səviyyəsinin
yüksəldilməsi məsələlərinə aiddir.
Jurnalist işlərinin yaradılması üçün hazırlanan layihədə onların
hazırlanması və nəşrinin etnik, dini azlıqların yaşadığı
regionlarda seçicilərin seçki məsələləri ilə bağlı məlumatlılığının
artırılmasına, məlumatlı seçimlərin edilməsinə, dezinformasiyaya
qarşı mübarizəyə, seçki prosesinin təhlilinə , ümumilikdə
demokratikləşmə prosesini necə dəstəkləyəcəyi təsvir
olunmalıdır.
Müsabiqənin şərtləri:
- Müsabiqədə iştirak etmək istəyən media təşkilat
Gürcüstanda qeydiyyatda olmalıdır;
- Doldurulmuş müraciət forması ilə yanaşı aplikantlar
seçki, hakimiyyəin hesabatlılığı, vətəndaş nəzarəti məsələlərində
son 3 ildə yaratdıqları və dərc etdikləri jurnalist işlərinin
linkini göndərməlidirlər.
- Qrant müsabiqəsi nəticəsində ən yaxşı qiymətləndirməyə
malik 2 mürcaiət seçiləcək. Hər bir materialın yaradılması üçün
icraçı təşkilat tərəfindən vergilər daxil olmaqla 2600 avro (lari
ekvivalenti ilə) maliyyə dəstəyi nəzərdə tutulub. Ödəmə Milli
Bankın ödəniş günündə müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq
lari ilə aparılacaq.
- Media qurumlara, etnik azlıqların auditoriyası ilə
işləyən müstəqil və vətəndaş jurnalistlərə üstünlük
veriləcək;
- Layihə çərçivəsində media qurumu və ya müstəqil
jurnalist ən azı bir multimedia materialı (məqalə, video)
hazırlamalı və onların sosial mediada uyğunlaşdırılmasını təmin
etməlidir;
- Multimedia materialı üç aydan ərzində (2024-cü ilin
iyul ayının sonuna qədər) hazırlanmalıdır;
- Jurnalist işləri etnik azlıqların dilində hazırlana
bilər. Bu halda media məhsulu tərcümə edilməli (məqalə) və/və ya
dövlət dilində altyazılar (video olan halda) və əksinə, dövlət
dilində hazırlandıqda isə məqalə tərcümə edilməli və/və ya
video(lar) müvafiq etnik azlıqların dilində subtitrlə
verilməlidir;
- Büdcə müraciətinə hədəf auditoriyaya və ya dövlət
dilinə tərcümənin təmin edilməsi xərcləri daxil
edilməlidir.
İstənilən namizəd sonrakı meyarları qane etməlidir:
- Jurnalist fəaliyyəti və multimedia materiallarının
hazırlanması sahəsində ən azı 3 il təcrübəyə malik
olmaq;
- Jurnalist işinin hazırlanması üçün kifayət qədər insan
resursları;
- Son 3 ildə seçki, hökumətin hesabatlılığı və vətəndaş
nəzarəti məsələləri ilə bağlı jurnalist işləri yayımlamalıdır.
Materialın linki müraciət forması ilə birlikdə təqdim
olunmalıdır;
- Multimedia materialının hazırlanması üçün zəruri
texniki avadanlıqlara malik olmaq;
- Təşkilat, müstəqil və ya vətəndaş jurnalist qrantı
idarə etmək üçün müvafiq təcrübəyə və bacarığına malik olmalıdır
(fəaliyyətlərin vaxt qrafikinə uyğun həyata keçirilməsində,
hesabatların aparılmasında və maliyyə
idarəçiliyində);
- Qrant çərçivəsində öhdəliklərin vaxtında və keyfiyyətli
icrasını təmin etmək üçün motivasiya və təşkilati
hazırlıq;
- Etnik azlıqların auditoriyası üçün işləyən və onların
təqdim etdiyi büdcə təklif olunan layihə ideyasına uyğun gələn
media qurumlarına üstünlük veriləcək.
Müsabiqənin mərhələləri:
Müsabiqədə iştirak etmək üçün tələblərə cavab verən media
qurumları, müstəqil və/yaxud vətəndaş jurnalistlər:
Birinci mərhələdə onlar gürcü dilində doldurulmuş əlavə edilmiş
ərizə formasını və büdcəni (büdcənin hazırlanması zamanı rəsmi
məzənnəyə uyğun olaraq milli valyuta - lari ilə təqdim olunmalıdır)
təqdim etməlidirlər. Müraciətlərin seçimi komissiya tərəfindən
həyata keçiriləcək. Komissiya zəruri hallarda birinci mərhələdə
seçilmiş ərizəçilər ilə müsahibə aparmaq hüququna malikdir.
Ərizə forması və büdcə aşağıdakı E-poçt ünvanına göndərilməlidir:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
, xahiş edirik başlıqda qeyd edin: Jurnalist
məhsulunun hazırlanması üçün qrant ərizəsi.
Ərizələrin göndərilməsi üçün son tarix: 28 aprel 2024-cü il, saat
23:59.
Qeyd olunan müddətdən sonra təqdim edilən və ya natamam doldurulmuş
müraciətlər müzakirə olunmayacaq.
Büdcə və ərizə formasına burada baxa bilərsiniz:
LİNKƏ DAXİL
OLUN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.