Gürcüstanın müdafiə naziri Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin nümayəndə heyəti ilə görüşüb
Tbilisidə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşüb.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyi (MN) yayıb. Bildirilib ki, müdafiə naziri İrakli Çikovani Gürcüstan və Türkiyə arasında səmərəli əməkdaşlığın regional sülh və sabitlik üçün ön şərt olduğunu qeyd edib, bu kontekstdə xüsusi diqqət strateji əməkdaşlığın önəminə fokuslanılıb.

Gürcüstan MN-nin məlumatına görə, tərəflər Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli hərbi əməkdaşlığı da müzakirə ediblər. Qeyd olunub ki, bu üçtərəfli əməkdaşlığın məqsədi regional təhlükəsizliyi gücləndirməkdir. İrakli Çikovani bu il Gürcüstanın Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcəyini qeyd edib.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google