Transparency International-Georgia: Biz Daxili İşlər Nazirliyini araşdırmaya başlamağa, media üçün təhlükəsiz iş mühitini təmin etməyə çağırırıq
Transparency International - Georgia qeyri-hökumət təşkilatı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən media nümayəndələrinə qarşı fiziki zorakılıq halları ilə bağlı bəyanat yayıb.

“Kütləvi informasiya vasitələrinin məlumatına görə, rus qanunlarına zidd aksiyanın işıqlandırılması zamanı Daxili İşlər Nazirliyinin nümayəndələri “Publika”, “Tabula” və “Aprel” internet nəşrlərinin jurnalistləri Aleksandr Kevxişvili, Qiorqi Badridze və Qiorqi Basxacauriyə qarşı fiziki güc tətbiq ediblər və onların jurnalist
fəaliyyətinə kobud müdaxilə ediblər.

Transparency İnternational-Georgia hüquq-mühafizə orqanlarına xatırladır ki, jurnalistin peşəkar fəaliyyətinə qeyri-qanuni mane olmaq Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin pozulmasıdır.

Biz Daxili İşlər Nazirliyini baş vermiş hadisələrlə bağlı dərhal araşdırma aparmağa və qanunu pozanları məsuliyyətə cəlb etməyə, həmçinin media nümayəndələri üçün təhlükəsiz iş mühitini təmin etməyə çağırırıq”,
- Transparency International - Georgia yazıb.

“Tabula”, “Publika” və “Aprel” qəzetlərinin jurnalistləri mitinqi işıqlandırarkən döyülüblər.

Xüsusi təyinatlıların əməkdaşları gecə saat 00:30 radələrində qəfildən basqın edərək vətəndaşları həbs etməyə başlayıblar. Mitinq iştirakçıları parlamentin arxa hissəsinə toplaşıblar.

Aprelin 16-da saat 12:00-da parlamentin arxasında, daha sonra saat 19:00-da parlamentin qarşısında rus qanunlarına qarşı nümayiş başlayıb. Plenar iclasla paralel olaraq vətəndaşlar qanun layihəsinə etiraz ediblər.

Daxili İşlər Nazirliyinin saat 23:00 radələrində yaydığı açıqlamaya görə, mitinqdə 11 nəfər saxlanılıb və polis bibər qazından istifadə edib.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google