Faxralı kəndində içməli su nasosunun sıradan çıxmasına görə əhali susuz qalıb
Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinləri içməli su problemindən şikayətlənirlər. Kənd sakinlərinin sözlərinə görə, içməli su ehtiyaclarını qarşılamaq üçün uzun məsafə qət edərək kəndin digər küçələrində yerləşən bulaqlardan su gətirməli olurlar.

Onların dediyinə görə, bir neçə gündür ki, su nasosu sıradan çıxıb. Sakinlər problemlə bağlı aidiyyatı orqanlara müraciət ediblər. Aidiyyatı orqanlardan sakinlərə bildiriblər ki, onların problemi bir
neçə həftəyə öz həllini tapacaq.

Məsələyə aydınlıq gətirmək üçün Faxralı və İmirhəsən kəndinin İcra nümayəndəsi Novruz Ayvazovla əlaqə saxladıq. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, məsələ ilə bağlı xəbəri var.

“Aşağı məhəllədə su nasosu yanıb. İndi aşağı məhəllədə su yoxdu. Kəndin yuxarı məhəlləsində isə içməli su var. 2023-cü ilin 8 noyabırında 7.5 klavatlıq yeni su nasosu qoyulmuşdu. Su nasosu gün ərzində dayanmadan 9 saat işlədilirdi. Buna görə də yanıb. Üç gündür ki sıradan çıxıb. Rayonun balansında olan 5.5 klavatlıq su nasosu bu gün gətiriləcək və quraşdırılacaq. Bu nasos da yuxarıda bir quyumuz var idi. Ora üçün alınmışdır. Qərara gəldik ki, bunu müvəqqəti olaraq aşağıya qoyaq. Çünki burada əhali sıx yaşayır. Tender elan olunub yenisi alındıqdan sonra 7.5 klavatlıq nasosla əvəz edilib dəyişdiriləcək. 5.5 klavatıq isə yuxarıya aparılacaq”.

İcra nümayəndəsi onu da bildirdi ki, kənddə içməli su ilə bağlı böyük su layihəsi həyata keçirilir.

“Kənddə böyük içməli su layihəsi həyata keçirilir. 23 815 000 larilik layihədir. 24 saatlıq əhalin su ilə təmin edilməsi üçün hər evə su xətləri çəkilir. İşlərin üçdə biri sona çatıb. Qazıntı işləri aparılan zaman köhnə xətlərə də ziyan dəyir. Köhnə xətlərin hansı ərazidən keçdiyi bilinmədiyi üçün tez-tez qəzalar baş verir. Bu da tez bir zamanda öz həllini tapır və düzəldilir”.

Novruz Ayvazov onu da bildirdi ki, yeni çəkilən su xətti bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

İstifadə olun əsas şəkil "Marneuli" radiosunun arxivindən götürülüb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google