Tbilisidən Batumiyə səyahət 3,5 saata enib
Tbilisidən avtomobillə Batumiyə səyahət müddəti 3 saat 30 dəqiqə saata enib.

Bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Bildirilib ki, bu gün Zestafoni dolama avtomobil yolunun istifadəyə verilməsi nəticəsində səyahət müddəti əhəmiyyətli dərəcədə qısaldılıb.

Qeyd olunub ki, Zestafoni dolama yolunun 9 kilometrlik Şorapani-Arqveta seksiyası Rikoti Keçidi magistral yolu layihəsi çərçivəsində açılıb. 4 tunel və 11 körpüyə malik dolama yolu keçmək üçün 6 dəqiqə lazım olacağı, bununla yol təhlükəsizliyi standartarının və səyahət rahatlığının artırıldığı bildirilib.

Gürcüstan hökumətinin məlumatına görə, Rikoti Keçidi magistral yolunun 70% -i artıq tamamlanıb. Asiya İnkişaf Bankının maliyyələşdirdiyi layihənin ümumi dəyəri 2,6 milyard laridir (təxminən 1 milyard ABŞ dolları). Layihənin 2024-cü ilin sonunadək tamamlanması gözlənilir. 52 kilometrlik Rikoti Keçidi magistral yolu 97 körpüyə və 51 tunelə
malik olacaq.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google