Biz hökuməti sərbəst toplaşmaq azadlığını təmin etməyə çağırırıq - Danimarka Xarici İşlər Nazirliyi
Danimarka Xarici İşlər Nazirliyi “Agentlər qanunu”na reaksiya verib, etirazını ifadə edib və hökuməti ifadə azadlığını təmin etməyə çağırır.
“Danimarka Avropa İttifaqında demokratik Gürcüstanı dəstəkləyir. Mayın 3-də X Platformasında yayılan qısa bəyanatda deyilir: “Şəffaflıq Qanunu” Avropa İttifaqının normaları ilə bir araya sığmır".

“Hökumətin aksiya iştirakçılarına qarşı tətbiq etdiyi qeyri-mütənasib güc Gürcüstanın Avropa İttifaqına daxil olmasına mane olur. Biz
hökuməti sərbəst toplaşmaq və ifadə azadlığını təmin etməyə çağırırıq”,
- bəyanatda deyilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.




Print ელ. ფოსტა
FaceBook Twitter Google