“Qirçi – Daha çox azadlıq”
təşkilatının sədri Zura Caparidze qardaşına hücum barədə məlumat
verib.
Keçmiş diplomat Qia Caparidze fəal iştirakçı və anti-rus qanunu
aksiyalarının spikerlərindən biridir.
“Qardaşımı girişdə bir neçə nəfər qarşılayıb və fiziki
təzyiqə məruz qalıb. Təcili yardım gəlib və yəqin ki, xəstəxanaya
aparılacaq”, - Zura Caparidze yazır.
VMH üzvü Dima Çikovani və anti-rus qanunu aksiyalarında iştirak
edən bayker Laşa Qvinianidze də onlara hücum olunduğunu elan
ediblər.
Rusiyaya qarşı davamlı etiraz aksiyalarında iştirak edən
siyasətçilərə, jurnalistlərə və sıravi fəallara artıq ikinci gündür
ki, xarici və ya gürcü nömrələrdən zənglər gəlir. Müraciət edənləri
şifahi şəkildə təhqir edir, evlərinə gələrək onlarla “haqq-hesab”
çəkəcəkləri ilə hədələyirlər. Fəalların ailə üzvlərinə də zənglər
edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.