"Rus qanununa" qarşı etiraz aksiyalarının iştirakçısı olan
bayker Laşa Qvinianidze telefonla təhdidlər aldıqdan sonra hücuma
məruz qaldığını iddia edir.
Qvinianidzenin sözlərinə görə, ona tibbi yardım göstərilib -
dodağına tikiş qoyulub.
“72 yaşlı atama zəng vurub oğlunu öldürəcəkləri ilə
hədələdilər. Əvvəlcə bunun sadəcə təhdid olduğunu və başqa bir şey
olmadığını düşündük, amma görürük ki, evə basqınlar barədə də
xəbərlər var. Mənim harada olduğumu necə bildiklərini bilmirəm.
Mənə şübhəli nömrədən zəng gəldi, telefonu açdım amma qarşı
tərəfdən cavab verən olmadı. Ola bilsin ki, onlar məkanı belə
öyrəniblər. Təxminən 10 dəqiqə ərzində maskalı 3 nəfər üstümüzə
atıldı. Sonra bizə salam verib arxadan hücuma
keçdilər”, - deyə Qvinianidze “Formula” verilişində
bildirib.
Aksiyaların daha iki iştirakçısına - Dima Çikovani və Qia
Caparidzeyə hücum
barədə məlumat yayılıb.
"Rus qanununa" qarşı davamlı etiraz aksiyalarında iştirak edən
siyasətçilərə, jurnalistlərə və sıravi fəallara artıq ikinci gündür
ki, xarici və ya gürcü nömrələrdən zənglər gəlir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.