Marneulidə Böyük Vətən Müharibəsi veteranı qalmayıb
Bu gün, 9 may tarixində ikinci dünya müharibəsində faşizm üzərində qələbədən 79 il ötür. Marneulidə Böyük Vətən Müharibəsi veteranı qalmayıb. 2022-ci ildə yalnız iki veteran, 98 yaşlı Hüseyn Vəliyev və 96 yaşlı Ziyatxan Kiryakov sağ idi. Ancaq onların hər ikisi dünyasını dəyişib. Marneuli yerli özünüidarəsi 9 may tarixini qeyd etmək üçün gül dəstəsi və qərənfillər alıb.

“Bu müharibə bəşəriyyətin tarixinə ən qanlı və məhvedici hadisə kimi yazılıb. Gürcüstandan getmiş on minlərlə döyüşçü faşistlərlə vuruşub. Onlar millət və ölkə qarşısında borclarını vicdanla ödədilər. Döyüşçülərdən çoxu vətənə geri qayıtmadı, qayıdanların əksəriyyəti isə artıq bizimlə deyil. Bir daha İkinci Dünya müharibəsində həlak olmuş qəhrəmanlara hörmət göstərməyimizi, “Yenə də böyüyəcəklər” memorialına canlı gül əklilləri və çiçəklər (20 ədəd canlı qərənfil) aparmağı məqsədəuyğun hesab edirik”,
– sadələşdirilmiş müqavilədə yazılıb.

İkinci Dünya Müharibəsi tarixə ən genişmiqyaslı və qanlı münaqişə kimi düşüb. 1939-cu ildən 1945 ilə qədər davam edən müharibədə 300 min Gürcüstan vətəndaşı həyatını itirib. Müharibə 40 dövlətin ərazisində gedirdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google