Mağalaşvili körpüsü ərazisində təbii qaz borusunun yanmasına görə 7 000 abonentə qazın verilməsi 22 may tarixində bərpa olunacaq
Təxminən bir saat öncə Marneulidə Mağalaşvili körpüsü ərazisində yük avtomobili qaz borusuna çırbılıb. Hadisə nəticəsində güclü yanğın baş verib.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, yük avtomobilinin sürücüsü inzibati qaydada cərimələnmişdir.

Yanğın tez bir zamanda yanğınsöndürənlər tərəfindən söndürülüb.

"SOCAR Georgia Gas"ın verdiyi məlumata görə, 7 000 abonentə qazın verilməsi dayandırılıb. Dəyən ziyan böyük olduğundan bərpa işlərinin sabahadək tamamlana bilməyəcəyi bildirilir.

Qəza nəticəsində Marneuliyə müvəqqəti olaraq elektrik enerjisinin verilməsi də məhdudlaşdırılıb.



Print ელ. ფოსტა
FaceBook Twitter Google