Marneulidə “yaz bağçası” bu il fəaliyyət göstərməyəcək.
Qərar koronavirusun qarşısının alınması məqsədi ilə qəbul olunub.
Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov deyir ki,
qeydiyyatdan keçmək qaydası da dəyişib.
“Sentyabra qədər bağçalar çalışmayacaq. Qeydiyyat
təxminən 15 iyun tarixindən başlayacaq.”
Marneulidə “Yaz bağçaları” təcrübəsi illərdir ki, mövcuddur. Hər il
bələdiyyədə yaz bağçasının funksiyasını 1 saylı uşaq bağçası öz
üzərinə götürür. Ötən il bağça 42 uşaq qəbul edib.