Zaur Darğallı Marneuli meri statusunu 30 sentyabra qədər dayandırmalıdır

“Gürcü Arzusu” 20 iyul tarixində Marneuli və Qardabanidən majoritar deputatlığa namizəd olaraq Marneuli meri Zaur Darğallını təqdim edib.



Gürcüstanın seçki məcəlləsinə əsasən fəaliyyətdə olan merin seçkilərdə iştirak etmək hüququ yoxdur və buna görə Marneuli meri statusunu dayandırmalıdır.

Marneuli meri Zaur Darğallı “Marneuli” radiosuna bildirdi ki, mer statusunun dayandırılması üçün tarix dəqiqləşdirilməyib.

Beynəlxalq Şəffaflıq Gürcüstanın baş hüquqşünası Qiqi Çixladze “Marneuli” radisou ilə söhbəti zamanı bildirdi ki, Gürcüstan qanunvericiliyinə əsasən majoritar namizdlər seçkidə iştirak etmək üçün MSK-da seçkiyə 30 gün qalmış qeydiyyatdan keçməlidirlər.

“Ona qədər də qeydiyyatdan keçə bilərlər, ancaq seçkilərə 30 gün qalmış son müddətdir. Nəzəri olaraq onlar bu müddətdən istifadə edə bilər və sonuncu məqama qədər qeydiyyatdan keçməzlər”,– Qiqi Çixladze dedi.

2020-ci ilin Parlament seçkiləri güman ki, 30 oktyabr tarixində baş tutacaq. Zaur Darğallı müvafiq olaraq 30 sentyabra qədər mer statusunu dayandırmalıdır.

“Seçki məcəlləsinə uyğun olaraq o, qeydiyyatdan keçdiyi günün səhəri mer statusunu dayandırmalıdır. Dayandırmalıdır deməkdir ki, o, ərizə yazmalı və merlikdən istefa etməlidir. Onun öhdəliyini birinci müavini həyata keçirəcək. Bu deməkdir ki, Marneulidə artıq mer seçilməyəcək və təxminən il yarım ərzində Marneulinin meri öhdəliyini merin birinci müavini həyata keçirəcək”, –
Qiqi Çixladze dedi.

Gürcüstanda yerli özünüidarəetmə seçkiləri 2021-ci ilin oktyabrında keçiriləcək. Əgər Marneuli meri 2020-ci ili parlament seçkilərində qalib gəlməsə onun mer statusunu bərpa etmək imkanı olmayacaq.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google