“Cənab Temur siyahını əvvəlcədən haradan bilir” – Ruslan Hacıyev Abazovun bəyanatını gülüşlə qarşıladı

Marneulinin majoritar deputatları Ruslan Hacıyev və Tamaz Naveriani “Marneuli” radiosu ilə söhbətləri zamanı Marneulinin sabiq meri Temur Abazovun namizədliklə bağlı sözlərinə münasibət bildirdi.


Abazov “Gürcü Arzusu”-nun ona proporsional siyahıya daxil olmaq təklif etdiyini demişdi.

Ruslan Hacıyev Abazovun bəyanatını gülüşlə qarşılayıb.

“Cənab Temur siyahını əvvəlcədən haradan bilir. Bu qeyri-ciddi bəyanatdır və bununla bağlı artıq söz deməyə ehtiyac duymuram”, – Ruslan Hacıyev bildirdi və qeyd etdi ki, partiya liderləri proporsional siyahılarla bağlı yekun qərarı güman ki, avqustun sonu, yaxud sentyabrın əvvəlində qəbul edəcəklər.

Majoritar deputat Tamaz Naverianinin sözlərinə görə, “Gürcü Arzusu” artıq Temur Abazovun məsələsi ilə bağlı münasibət bildirib və o, həmin bəyanatı dəstəkləyir.

“Düşünmürəm ki, partiya bir bəyanatı verib, başqa bir şey həyata keçirməz. Bu məsələ partiyanın və partiya liderlərinin verəcəyi qərardır”, – Tamaz Naveriani dedi.

“Gürcü Arzusu”-ndan Marneulinin keçmiş meri Temur Abazovun proporsional siyahıya daxil edilməsi təklifini inkar edirlər.

Abazov Prokurorluq tərəfindən 2018-ci ilin 14 iyun tarixində Marneuli sakini Elçin Allahveridyevə qarşı qeyri insani rəftarda ittiham olunmuşdu. 2018-ci ilin 13 dekabrında isə o, 10 000 lari girov qarşılığında azadlığa buraxılmışdı.

Marneuli merinə qarşı Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə iş qaldırılmışdı. Həmin maddə dövlət məmuru və ona bərabər şəxsin təhqiredici və qeyri insani rəftarını nəzərdə tutur. 6 sentyabr tarixində Marneuli merinin ittihamı ağırlaşmışdı. İstintaqa 25, 157.1 maddəsinin birinci və ikinci hissələri də əlavə olunmuşdu. Həmin maddə şəxsi həyatı təsvir edən materialın əldə edilməsi, təşkili, internet və sosial şəbəkələrdə yayımlanmasını nəzərdə tutur.
Məhkəmə Temur Abazova 12 fevral tarixində bəraət qazandırıb.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024