Prokurorluq Marneulidə evə narkotik yerləşdirilməsi iddiası ilə bağlı səmərəli istintaq aparmalıdır – ISFED

“Ədalətli seçkilər” ISFED 2020-ci ilin Parlament seçkilərinin seçkiqabağı monitorinqinin ikinci aralıq hesabatını yayımlayıb.



Marneulidə siyasi mənsubiyyətinə görə həyata keçirildiyi iddia edilən təzyiq/hədələmə faktı “Ədalətli seçkilərin” hesabatında yer alıb.

“17 iyul tarixində təxminən gündüz saat 4-də, polis Marneulinin Araflı kəndində “Avropalı Gürcüstanın” fəal üzvlərindən biri olan Qalib Əliyevin ailəsində axtarış aparıb. Araşdırmanın rəsmi əsası Qalib Əliyevin evində qeydiyyatsız silahın (pistolet) olmasıdır.

Axtarış zamanı ailə üzvlərindən birinin çəkdiyi videoda polislər tərəfindən evə narkotik qoyulması faktı qeydə alınıb. “Avropalı Gürcüstanın” üzvü Əhməd İmamquliyev işlə bağlı 18 iyul tarixində Prokurorluğa şikayət ərizəsi təqdim edib”,
– təşkilatın hesabatında qeyd olunub.

“Ədalətli seçkilərin” məlumatına görə, Prokurorluq Marneulidə evə narkotik yerləşdirilməsi iddiası ilə bağlı sürətli və şəffaf istintaq aparmalıdır ki, ictimaiyyətdə faktın siyasi şikayət olması ilə bağlı şübhələr qalmasın.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google