2020-ci ildə Kvemo Kartli Dövlət Müvəkkiliyində maaşa əlavə və mükafat şəklində 56 370 lari xərclənib – Tİ
Gürücstanın Dövlət Müvəkkiliyinin 9 administrasiyasından, ən çox maaş əlavəsi və mükafat 2020-ci ildə Kvemo Kartli administrasiyasında verilib.

“Beynəxlaq Şəffaflıq – Gürcüstan”-ın yayımladığı məlumata görə, Gürcüstan miqyasında 9 dövlət müvəkkilliyində maaş əlavəsi və mükafat olaraq ümumilikdə 65 920 lari verilib. Buradan 56 370 lari yalnız Kvemo Kartli administrasiyasının payına düşür.

2020-ci ildə Kvemo Kartli Dövlət Müvəkkiliyi administrasiyasında maaş olaraq 515 458 lari verilib. Qeyd edək ki, administrasiyada 30 nəfər işləyir.

Maaşla yanaşı “Beynəlxalq Şəffaflıq – Gürcüstan” dövlət administrasiyaları tərəfindən telefon ünsiyyəti, ezamiyyət, yanacaq, avtomobillərin təmiri/diaqnostikasına xərclənən vəsaiti də araşdırıb.

2020-ci ildə Kvemo Kartli Dövlət Müvəkkilliyi administrasiyası 9 avtomobilin təmiri/diaqnostikasına 21 278 lari xərcləyib. Administrasiya həmin ildə 37 983 lari dəyərində 20 889 litr yanacaq alıb.

Kvemo Kartli Müvəkkilliyi telefon ünsiyyətinə 10 680 lari, ezamiyyətlərə isə 240 lari xərcləyib. Müvəkkilik həmin il restoranların, içki məhsullarının, spirtli içkilərin və s. daxil olduğu xidmətə 1200 lari xərclənib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google