Marneulidə 9 aprelə həsr edilmiş tədbir keçirilib

Bu gün, 9 aprel tarixində Marneulinin Mədəniyyət Evi ərazisində 1989-cu ilin 9 aprelində həlak olanların xatirəsini yad ediblər.



Bugünkü günə həsr edilmiş tədbirdə Marneuli Mədəniyyət Evinin əməkdaşları 1989-cu ilin 9 aprel tarixində Sovet İttifaqının silahlı qüvvələri tərəfindən Tbilisidə dinc aksiya dağıdılan zaman həlak olanların hekayəsini xatırlayıblar.
Tədbirdə Marneulinin mer səlahiyyətlərini icra edən Zaur Tabatadze çıxış edib. O, Gürcüstan tarixində 9 aprelin əhəmiyyəti barədə danışıb.

Bugünkü gün, 9 aprel ötən əsrin 70-ci illərində başlayan hadisələrin təsviridir. Sovet işğalına qarşı aksiyalar başladı və yekun nöqtə 9 aprel hadisələri oldu. 9 aprel gecəsi Sovet İttifaqının işğalçı qüvvələri azadlıq üçün mübarizə aparan gənclərə hücum etdilər. Həmin gənclər ölkənin müstəqilliyi üçün qurban getdilər. Bugünkü gün faciə ilə yanaşı bayram günüdür.
Çünki bu qan səbəbsiz tökülməmişdi və həmin gün 1991-ci ildə müstəqillik gününün elan olunmasını bizə bəxş etdi”-
Zaur Tabatadze bildirdi.


Tədbirdə Marneuli meriyasının və Bələdiyyə Məclisinin vəzifəli şəxsləri, Gürcüstan Azərbaycan səfirliyinin nümayəndələri iştirak edirdi.
Meriya nümayəndələri Mədəniyyə Evinin ərazisində tədbir keçirilənə qədər Algetidə, Tsereli və Tamarisidəki 9 aprel memoriallarına əklil qoydu.

1989-cu ilin 9 aprel tarixində səhərə yaxın Sovet İttifaqının silahlı qüvvələri Tbilisinin mərkəzində, Parlament binası qarşısında dinc aksiya iştirakçılarını dağıdıb və nəticədə 21 nəfər dünyasını dəyişib.

Parlament qarşısına toplaşmış minlərlə vətəndaş qazla zəhərlənib. 1991-ci ilin 9 aprel tarixində Ali Şura həmin tarixi Gürcüstanın Dövlət Müstəqilliyinin bərpası günü elan edib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google