Marneuli merinin müavini vəzifəsinə Roin Dekanoidze təyin edilib
Marneuli merinin keçmiş müavini Laşa Lobcanidze 28 may tarixində vəzifəsindən istefa verib.

Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze Lobcanidzenin yerinə Roin Dekanoidzeni təyin edib.

Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze “Marneulİ” radiosu ilə söhbəti zamanı bildirdi ki, Roin Dekanoidzeni təcrübəsinə görə vəzifəyə təyin edib.

“Niyə seçdik? çünki çox təcrübəli, yerli kadrdır. Hüquqi təhsili var və hazırlığı, siyasi baxışı, dövlətçiliyə baxışı ilə bu vəzifəyə tam uyğundur. Niyə imtina etməli idik? əksinə, belə mütəxəssisi axtarmalıyıq və əgər varımızdırsa qəbul etməliyik. Məhz buna görə bu qərarı verdik”, – Zaur Tabatadze dedi.

Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, Roin Dekanoidze Laşa Lobcanidzenin funksiyalarını icra edəcək.

“Sevinirəm ki, sizin komandaya qoşuldum. Öz əmək və peşəkarlığımla bələdiyyəmizin inkişafı prosesinə öz töhfəmi verməyə hazıram. Ümid edirəm ki, bələdiyyənin inkişaf prosesində problemlərə birgə qalib gələcəyik və daha çox uğur əldə edəcəyik. Etimadınız üçün sağ olun”, – Marneuli meriyası Dekanoidzenin bəyanatını yayımlayıb.

Qeyd edək ki, Roin Dekanoidze ötən illərdə Qldani həbsxanasının direktor müavini, daha sonra isə Kutaisi 2 saylı cəzaçəkmə müəssisəsinin direktoru olub.



Print ელ. ფოსტა
FaceBook Twitter Google