Marneuli meriyası dörd avtomobilin təmiri üçün 4000 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb
Marneuli yerli özünüidarəsi meriyanın balansında olan dörd avtomobilin təmiri və texniki xidməti üçün sadələşdirilmiş müqavilə bağlayıb.

Marneuli meriyası “Frans Avto” səhmdar cəmiyyəti ilə 4000 lari dəyərində müqavilə bağlayıb. Müqaviləyə əsasən, “Frans Avto” meriyanın tələbinə uyğun olaraq dörd avtomobili təmir etməli olacaq.

“QW 801 WQ dövlət nömrə nişanlı Renault Duster, PP 572 WQ dövlət nömrə nişanlı Renault Duster, CC 944 DD dövlət nömrə nişanlı Renault Duster, CC 945 DD dövlət nömrə nişanlı Renaut Sandero avtomobillərinin təmiri üçün meriya sadələşdirilmiş müqavilə bağlayıb.

Meriyanın bağladığı sadələşdirilmiş müqaviləyə görə, şirkət avtomobillərin təmir xidmətini 2021-ci ilin sonuna qədər, meriyanın tələbinə uyğun olaraq həyata keçirməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google