Qardabani bələdiyyə məclisinin sədr müavini Rəfi Orucov tutduğu vəzifədən istefa verib
Qardabani Bələdiyyə məclisinin sədr müavini Rəfi Orucov vəzifəsini tərk edib.

Bu barədə o, öz “Facebook” səhifəsində paylaşım edib. Orucov 7 ildir ki, tutduğu vəzifədən ayrıldığını qeyd edib. O, “Gürcü Arzusu” partiyasında hər hansı əlaqəsinin qalmadığını, Qardabani bələdiyyə məclisinin sədr müavinliyindən və Qaratəhlə kəndində tutduğu deputat vəzifəsindən istefa verdiyini bildirib.

Orucov istefa verməsinə səbəb olaraq “Gürcü Arzusu” partiyasının siyasi qərarları ilə onun mövqelərinin uyğun gəlməməsini göstərib. Rəfi işlədiyi müddət ərzində xalqı üçün vicdan və ləyaqətlə çalışdığını qeyd edib.

Həmin paylaşımı olduğu kimi təqdim edirik:




Print ელ. ფოსტა
FaceBook Twitter Google