Kovidə yoluxmuş uşaq hansı halda klinikaya aparılır və Marneuli klinikalarında neçə uşaq müalicə alır
Marneulinin üç klinikasında kovidə yoluxmuş 16 uşaq müalicə alır.

Tibb müəssisələrindən “Marneuli” radiosuna bildirdilər ki, son dövrdə koronavirus hallarının sayı azalıb. Aversi klinikasının Pediatr Şöbəsinin rəhbəri, İlona Xizaneişvilinin sözlərinə görə, tibb müəssisəsində bu günə olan məlumata görə, 7 uşaq müalicə alır.

“Kovidə yoluxmuş uşaqları pnevmaniya, oksigen çatışmazlığı, xroniki xəstəliklər, qusma, əsəb problemləri, çəki artıqlığı ya
şəkərli diabet, varingit, bronxospazm, halları olan zaman və uşaq bir yaşa qədər olan halda xəstəxanaya yerləşdiririk. Əgər uşağın vəziyyəti ağır deyilsə, ailə həkiminə yönləndiririk. Ümumilikdə, klinikada kovid xəstələri üçün 20 çarpayı ayrılıb”,
– Xizaneişvili bildirdi.

Marneuli Uşaq Pediatria Klinikasında 7 uşaq koviddən müalicə alır. Adik klinikasında isə 1 yaşa qədər olan 2 uşaq müalicə alır. Xəstəxanadan bildirdilər ki, bir neçə gündür kovid xəstələrin sayı azalıb.

Gürcüstanda koronavirusa yeni 8 455 nəfər yoluxub. 41 nəfər dünyasını dəyişib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google