Marneulili boksçular Gürcüstan çempionatında iştirak edib

27 fevral tarixində, Batumi şəhərində boks üzrə Gürcüstan çempionatı keçirilib.



Çempionatda 7 nəfər Marneulili boksçu iştirak edib. Marneuli bələdiyyəsinin İdman Məktəbinin rəhbəri Mamuka NAveriani bildirdi ki, bir idmançı yarışdan Gürcüstan çempionu titulu ilə qayıdıb.

“Dünən Batumidə final mərhələsi keçirildi. İki yaş qrupunda bir boksçi Gürcüstan çepionu statusu ilə qayıdıb. Digəri isə vitse çempion statusu qazanıb və travmaya görə, mübarizəni davam etdirə bilməyib. Eləcə də iki ikinci
və bir bir üçüncü yerin sahibləri olublar
”- Naveriani bildirdi.

Marneulinin İdman Məktəbinin rəhbərinin açıqlamasına görə, Marneulili idmançılar çempionata gedənə qədər, gündə iki dəfə, on günlük xüsusi məşqlər keçiblər.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google