Marneulinin bütün məktəblərində yaz tətilindən sonra təhsil bərpa olunacaq
Marneuli bələdiyyəsinin ictimai məktəblərində yaz tətilindən sonra, 15 mart tarixində təhsil prosesi bərpa olunacaq.

Bu barədə Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davaze “Marneuli” radiosuna bildirdi. Onun sözlərinə görə, məktəblərdə koronavirus halları qeydə alınmayıb və buna görə də Marneulinin bütün məktəblərində dərs sinif otaqlarında başlayacaq.

“Tətilə başlamazdan əvvəl, yalnız bir məktəbdə koronavirusa üç yoluxma qeydə alınmışdı
və üç sinif onlayn təhsilə keçmişdi. Heç bir məktəb tam onlayn rejimə keçməmişdi”,
— Davadze bildirdi.

Marneuli bələdiyyəsində ümumilikdə 74 ictimai və iki özəl məktəb var. Yaz tətili təhsil müəssisələrində 8 martdan başlayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google