Marneulili boksçu Avropa çempionatında mübarizə aparacaq
Marneulili boksçu Qiorqi Jorjoliani Xorvatiyada keçirilən Avropa çempionatında iştirak edəcək.

Bu barədə İdman Məktəbinin rəhbəri Mamuka Naveriani "Marneuli" radiosuna bildirib. Onun sözlərinə görə, çempionat 11 mart tarixində başlayıb və 24 marta qədər davam edəcək.

"Yarışda Gürcüstan milli yığmasının 22 yaşa qədər idmançıları iştirak edir. Qiorqi Jorjolianinin ilk yarışı 15 martda, 71 kiloqram çəki dərəcəsində olacaq.
Mən ona uğurlar arzulayıram",
– İdman Məktəbinin rəhbəri bildirdi.

Naverianinin sözlərinə görə, Qiorqi Jorjoliani uşaqlıqdan bu idman növü ilə məşğul olur. O, iki dəfə Gürcüstan çempionu olub. Bir dəfə Avropada üçüncü yerin sahibi olub. Avropa çempionatına yığma ilə birlikdə Gürcüstan Boks Milli Federasiyasının prezidenti Davit Tskilauri və vitse-prezident Bakut Qoqoçuri də gedib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google