Bu gündən birinci siniflərin qeydiyaytının 1-ci mərhələsi başlayıb
Bu gündən Gürcüstanda birinci siniflərin qeydiyyatının 1-ci mərhələsinə başlanılıb və 26 mart tarixinə qədər davam edəcək. 1-ci mərhələdə xüsusi təhsilə ehtiyac duyan uşaqlar qeydiyyatdan keçiriləcək.

Marneuli bələdiyyəsinin Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, proses onlayn aparılır və indiki mərhələdə neçə nəfər birinci sinif şagirdinin qeydiyyatdan keçdiyi məlum deyil.

“Multidissiplin komanda
qiymətləndirir yaxud qiymətləndiriləni fiziki imkanları məhdud olan şəxs kimi ya məktəbdə saxlayır ya da saxlamır. Hələ bilmirik indiki mərhələdə neçə uşaq qeydiyyatdan keşib. Çünki bu proses onlayn olur və monitorinq edə bilmirik”
- Davadze bildirdi.

II mərhələ - İkinci mərhələdə qeydiyyat 2 maydan 13 maya qədər mümkün olacaq və məktəbə qeydiyyatdan keçəcək uşaqlar:

a) Eyni məktəbə gedən bacı-qardaş;
b) Valideyn/qəyyum həmin ictimai məktəbin əməkdaşıdır;
c) Ailədən eyni vaxtda iki ya daha çox uşaq birinci sinifə gedir.


Bu mərhələdə qeydiyyat valideynin/qanunu nümayındənin təqdim etdiyi vacib sənədlər əsasında, ictimai məktəblərdə həyata keçirilir. Qeydiyyatı ictimai məktəb təmin edir.

III mərhələ - ümumi qeydiyyat – 17 mayda başlayacaq və 8 iyuna qədər davam edəcək.

Qeydiyyat Təhsilin İdarəsi Məlumat Sisteminin rəsmi veb –səhifəsində, registration.emis.ge-də həyata keçiriləcək. Qeydiyyatı valideyn/qanuni nümayəndə təmin edir. Elektron qaydada qeydiyyatdan keçmiş şagirdin qəbul olması üçün vacib sənədlərin təqdim edilməsi 13 iyundan 24 iyuna qədər həyata keçiriləcək. Tətbiq edilmiş vaxtda sənədlər təqdim olunmazsa, qeydiyyat avtomatik olaraq ləğv olunacaq.

IV mərhələ - 28 iyundan 12 iyula qədər məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə azad edilən vakant, yaxud qalmış boş yerlərə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən, yaxud qeydiyyatı dəyişmək istəyən şagirdlər qəbul olunacaq.

Marneuli Resurs Mərkəzindən bildirirlər ki, hər il bələdiyyədə 1700-1800 birinci sinif şagirdi qeydiyyatdan keçir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google