Maneuli bələdiyyəsində ağacların budanması işləri martın sonuna qədər davam etdiriləcək
Marneuli bələdiyyəsində ağacların budanması işləri martın sonuna qədər davam etdiriləcək.

Bu barədə “Təmiz Marneuli”-nin rəhbəri Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi. Onun açıqlamasına görə, bir neçə gün əvvəl Candar massivi ərazisində işlər başa çatıb.

“Bizə ərizələr gəlir, bəzisində ağacların budanması ya təmizlənməsi, bəzisində kəsilməsi lazım olur. Bu gün səhərdən bizim xidmət Saimerlo kəndində
işləyir. Bu proses nəticəsində əldə edilmiş odun, sosial aztəminatlı ailələrə bölünəcək. Dekabrdan bu yana hər ailəyə iki kub metro dun veririk, tuallantılar isə zibilliyə aparılır”, –
Leri Mumladze bildirdi.

Təmiz Marneulidən bildirirlər ki, Marneuli bələdiyyəsi miqyasında ağacların budanması işlər hər il təxminən dekabrda başlayır və martın sonuna qədər davam edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google