Marneulidə “Etnik Azlıq İcmalarının Sosial-İqtisadi Hüquqlarının Gücləndirilməsi Mərkəzi” açılıb
Marneulidə, Qamsaxurdia 4 ünvanında Ümumi Mülki Hərəkat “Çoxmillətli Gürcüstan” Avropa Komissiyasının maliyyə dəstəyi ilə Etnik Azlıqların Sosial və İqtisadi Hüquqlarının Qorunması proqramı çərçivəsində, “Etnik Azlıq İcmalarının Sosial –İqtisadi Hüquqlarının Gücləndirilməsi Mərkəzi” açılıb.

Mərkəz əhalinin sosial-iqtisadi hüquqlarının qorunması üçün pulsuz yardımlar həyata keçirir. Mərkəzdə etnik azlıqların başa düşdüyü dillərdə sosial-iqtisadi dəstək proqramları barədə məlumat əlçatandır. Mərkəzdə əhalinin biznes
planlar, layihə və tender sənədlərinin hazırlanması barədə pulsuz məsləhət almaq imkanı olacaq. Mərkəzin hüquqşünaslarından Ayhan Həsənov bildirdi ki, Kvemo Kartlidə qeyd olunan təşkilatın ofisi Marneuli və Qardabanidə açılıb.

“Hüquqi məsləhətlər verilir və lazım olan halda məhkəmədə nümayəndəlik də edilir. Eləcə də təsərrüfat, yaxud kiçik bizneslə məşğul olan əhali bizdə məsləhətlər ala bilər. Biz onlara yardım edirik. Məsələn, əgər Kənd Təsərrüfatı Nazirliyi, yaxud başqa donorlar müsabiqələr elan edərsə və vətəndaşlar orada iştirak etmək istəyirsə, biz vətəndaşlara vəziyyəti başa salırıq, hüquqi məsləhət veririk”,
– Həsənov dedi.

“Etnik Azlıq İcmalarının Sosial-İqtisadi Hüquqlarının Gücləndirilməsi Mərkəzi” Marneuli və Qardabanidən əlavə, Ninotsminda, Samtsxe-Cavaxetidə də açılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google