Saimerloda ikinci dünya müharibəsinə həsr olunmuş yeni memorialı uşaq bağçası ərazisində ucaldacaqlar
Saimerlo kəndində ikinci dünya müharibəsinə həsr edilmiş yeni memorialı uşaq bağçası ərazisinə ucaldacaqlar. Meriyadan “Marneuli” radiosuna bildirdilər ki, kənddə ayinlər evi tikilir və qeyd olunan memorial da onun həyətində ucaldılacaq.

“Saimerloda uşaq bağçası və ayinlər evi arasında yeni abidə, yaxud barelyef qoyulacaq. Hələ hansı formada və ölçüdə olacağını bilmirik. Məkana uyğun olaraq necə alınacaqsa, elə ediləcək”
,
– meriyadan bildirdilər.

Saimerlo kəndindəki ikinci dünya müharibəsinə həsr olunmuş memorial daha əvvəl yerləşdiyi yerdən uşaq bağçasının tikilməsinə görə götürülüb və bir ildən artıqdır, ağaca söykədilmiş vəziyyətdə qalıb. Yerdəyişmə prosesində isə qırılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google