Marneuli meriyasında Ukraynaya yardım üçün qan vermə aksiyası keçirilib
Bu gün Marneuli meriyasında qan vermə aksiyası keçirilib. Aksiyada 18-dən 65 yaşa qədər olan vətəndaşlar iştirak edə bilərdilər.

Meriyanın İnzibati Xidmət rəhbəri Nino Dekanoidze “Marneuli” radiosuna bildirdi ki, ehtiyac olan halda qan humanitar yardım olaraq Ukraynaya göndəriləcək.

“Özünüidarə bu gün qan vermə aksiyası planlaşdırdı. Səhərdən yerli vətəndaşlar və meriya əməkdaşları aksiyaya qoşulur. Qan vermə aksiyası
qan ver xilas et devizi ilə keçirilir. Mən bu aksiyada iştirak etdim, çünki həmişə həyat xilas etmək üçün qan verməyə hazıram”-
Dekanoidze bildirdi.

Hematologiya və Transfuziologiya Qan Bankınından bütün Gürcüstan miqyasında klinikalar ehtiyatlanır. Qan təxirəsalınmaz yardım lazım olan, onkoloji və müxtəlif qan xəstəlikləri ilan xsətələrə istifadə olunur.
Print ელ. ფოსტა
FaceBook Twitter Google