Marneuli İctimai Kitabxanasında esse müsabiqəsinin qalibi olan şagirdlər mükafatlandırılıb
Bu gün Marneuli İctimai Kitabxanasında esse müsabiqəsinin qalibi olan şagirdlər mükafatlandırılıb.

Müsabiqə Marneuli İctimai Kitabxanasının və Amerika guşəsinin birgə təşkilatçılığı ilə keçirilib. Amerika guşəsinin koordiantoru Mələkxanım Quliyevanın sözlərinə görə, esse müsabiqəsində VIII-XII sinif şagirdləri iştirak edib.

“Mart qadınların tarixi ayıdır və qərar verdik ki, şagirdlərin mükafatlandırılması günü yerli, uğurlu qadınları dəvət edək, öz bioqrafiyalarından danışdılar. İştirakçıların
onlara sual vermək imkanı var idi. Qaliblərə diplom və “Biblus” kitab mağazasının vauçerləri verildi”-
Mələkxanım bildirdi.

Esse müsabiqəsinin qalibi, birinci yerin sahibi Marneuli 5 saylı ictimai məktəbin şagirdi Mariam Pipia olub. O, “Marneuli “ radiosu ilə söhbəti zamanı bildirdi ki, gələcəkdə də bu kimi müsabiqələrdə iştirak etməyi düşünür.

“Bu müsabiqə barədə sosial şəbəkədn məlumat aldım və qərar verdim özümü sınayım. Birinci yerə çıxacağımı gözləmirdim. Çünki bu məsələyə müvafiq vaxt ayırmırdım, bu vauçerlə isə mütləq Biblusdan kitablar alacağam”
- qalib dedi.

Esse müsabiqəsi 18 fevral tarixində “qadının müasir dünyadakı rolu” mövzusunda elan olunub. Müsabiqənin məqsədi qadınların ictimai həyatdakı rolununun mühüm olduğunu göstərməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google