“Gürcüstanda istehsal et” Marneulili sahibkarları yeni proqramda iştirak etməyə çağırır
Bu gün, 23 mart tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində, “Gürcüstanın Strategiya və İnkişaf Mərkəzinin” nümayəndələri yerli sahibkarla görüşüblər. “Gürcüstanda istehsal et” “mikro və kiçik biznes dəstək 2022” dövlət proqramına başlayır.

Proqramın məqsədi mikro və kiçik biznesin inkişafı, müasir sahibkarlıq təcrübəsi yaratmaq, yeni iş yerlərinin yaradılması və yerli sakinlərin gəlirini artırmaqdır. Bugünkü görüşdə “Gürcüstanın Strategiya və İnkişaf
Mərkəzinin” nümayəndələrindən biri, Mariam İmerlişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onların məqsədi qrant imkanları və maliyyənin yerli sakinlərə daha əlçatan olmasıdır.

“Bizim təşkilat İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə layihə həyata keçirir. Layihə kənddə mikro və kiçik biznesə dəstəyi nəzərdə tutur. Bizim məqsədimiz əhalinin ehtiyacını araşdırmaq və əhalinin gücləndirilməsidir. Bu konkret halda isə əsas fokus “Gürcüstanda istehsal et” tərəfindən elan edilmiş müsabiqədir. Gələn həftələrdən məlumatlandırma kampaniyasına daha fəal başlayacağıq. Açıq müraciətlərin verilməsi üç həftə vaxt var”,
- Mariam İmerlişvili bildirdi.

Yerli sahibkar, üzümçü-şərabçı Sopo Bartğulaşvili bildirdi ki, bu kimi layihələr bələdiyyə və ümumiyyətlə, Gürcüstan üçün mühümdür, çünki kiçik və yeni başlanğıcda olan sahibkar üçün həvəsləndiricidir.

“Bu kimi layihələr sahibkarlara stimul verir ki, bu işi görsünlər, başqa mərhələlərdə də inkişaf etdirsilər. Buradan irəli gələrək, iş yeriləri olacaq və kiçik müəssisələr inkişaf etdirilir. Bu isə davamlı iqtisadiyyat yaradır, sonra ixrac barədə düşüncələr başlayır və bu dövlətin iqtisadiyyatına da təsir göstərir”, -
Bartğulaşvili bildirdi.

Mikro və kiçik biznesə dəstək proqramı 2022-ci ilin 21 mart tarixində başlayacaq. Müraciətlərin qəbul prosesi üç həftə ərzində davam etdiriləcək.

Proqram çərçivəsində 300-dən artq itisadi iş, həmçinin, istehsal və xidmət sektorları dəstəklənib. Sonrakı işlər prioritetlidir:

- Yeni biznesin başlanması
- Qadın sahibkarların biznesə başlaması/genişləndirilməsi
- Məcburi köçkün şəxslər-qaçqınlar tərəfindən biznesin başlanılması/genişləndirmə
- Fiziki imkanları məhdud şəxslərin biznesə başlaması və genişləndirmə
- Kənddə/dağlıq kəndlərdə biznesə başlamaq/genişləndirmək
- Gənc (29 yaşa qədər) sahibkarlar tərəfindən biznesə başlamaq və biznesin genişləndirilməsi
- İntellektual inkişafa istiqamətlənmiş layihələr
- Yerləşdirmək imkanı və tursizm xidmətlərinə istiqamətlənmiş layihələr
- Yüksək inklüziyası olan sektora iqtiqamətlənmiş layihələr


Maddi dəstək potensial benefisiarlar üçün məqsədli qrantı ayrılmasını nəzərdə tutur. Qrant həcmi maksimum 30 000 lari dəyərindəri (pilot regionlarda 40 000 lari).
Proqram Gürcüstanın bütün ərazisində müxtəlif regionlarda həyata keçirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google