Marneuli “Geo Hospitals” klinikasında kovid şöbəsi bağlanıb
Marneuli “Geo Hospitals” klinikasında koronavirus xəstələri artıq müalicə almır. Bu barədə klinikanın direktoru Tata Şenqelaia “Marneuli” radiosuna bildirdi. Onun sözlərinə görə, koronavirus halları hiss olunacaq dərəcədə azalıb.

“Son bir həftədə bir yoluxma qeydə alınıb. Bizim klinika kovid xəstələrini qəbul etmir deyə xəstəni Tbilisiyə göndərdik. Virus təsdiqləndiyi halda xəstələri “Amtel Hospital”, ya da başqa kovid klinikalara yerləşdiririk. Kovid peyvəndinə də tələbat var. İndiki mərhələdə 18 doza peyvəndimiz var və gələnlərin sayı çoxdur. Yaxında yeni peyvənd partiyasını gözləyirik”, – Şenqelaia bildirdi.

Marneuli “Geo Hospitals” klinikası 2020-ci ildə kovid klinikasına çevrilmişdi.

Son 24 saat ərzində Gürcüstanda koronavirusa 450 nəfər yoluxub, 6 xəstə dünyasını dəyişib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google