İki kubok, iki qızıl və bir gümüş medal – Marneulili oxçu qızların uğuru
Marneulili oxçular Batumi şəhərində keçirilmiş Gürcüstan kuboku oyununda iki birinci və bir ikinci yeri qazanıblar. Yarışda Salome Xarşiladze, Miranda Saqinadze və Tata Naveriani iştirak ediblər.

Salome Xarşiladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, rəqabət böyük olub, ancaq yenə də birinci yeri qazana bilib.

“Gürcüstan kuboku uğrunda yarış idi. Yarış açıq səma altında keçirildi. Marneulidən üç qız iştirak edirdik. Mən gənclər arasında yarışda çıxış etdim, məsafə 70 metr idi və birinci yeri qazandım. Katedlər arasında məsafə isə 60 metr idi. Tata Naveriani ikinci yeri qazandı və gümüş medal əldə etdi. Miranda Saqinadze isə qızıl medal və kubok qazandı”, –
Xarşiladze dedi.

Gürcüstan kuboku uğrunda yarışlar 5 apreldə başlayıb, 8 aprel tarixində başa çatıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google