Niyə ana dili gününü qeyd edirik – Marneuli məktəb şagirdləri və müəllimlərinə mühazirə keçiriləcək

Marneuli İctimai Kitabxanasında 14 aprel tarixində ana dili günü ilə bağlı tədbir keçiriləcək.



Bu barədə Kitabxananın “Facebook” səhifəsində məlumat yayımlanıb. Mətndə qeyd olunub ki, tədbirdə araşdırmaçı və filoloq Ana Bakanidze dəvət olunmuş qonaqlara mühazirə oxuyacaq.

“14 aprel tarixində Gürcüstanda ana dili günü qeyd olunacaq. Bu gün 1978-ci il hadisələrini qeyd etmək üçün 1990-cı ildən təsis edilib. Bu tarixlə əlaqədar Marneuli İctimai Kitabxanasında tədbir baş tutacaq. Mövzu “1978-ci ilin 14 aprel hadisələri” olacaq”. Mühazirəni araşdırmaçı, filoloq, 5 tədqiqat toplusu və kitabının müəllifi xanım Ana Bakaidze oxuyacaq.”


Kitabxananın “Facebook” səhifəsində yazıldığına görə, tədbirə Marneulinin ictimai məktəb müəllimi və şagirdləri dəvət olunacaqlar.

1978-ci ildə Sovet İttifaqı hakimiyyəti vasitəçi respublikalarda yerli əhalinin dövlət dili statusunu əlindən almağa qərar verib. SSRİ-nin dövlət dili olaraq yalnız rus dili qalırdı və buna görə Tbilisidə etiraz aksiyaları keçirilib.

Ana dili günü 1978-ci il hadisələrini qeyd edilməsi məqsədilə 1990-cı ildə təsis edilib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google