Ukraynalı uşaqlarla həmrəylik – Marneuli Mədəniyyət Mərkəzində xeyriyyə konserti keçiriləcək
Marneuli Mədəniyyət Mərkəzi və “Şagird-Gənclər Milli Sarayının” Skripka Ansamblı “Sİ-Mİ”-nin təşkilatçılığı ilə cümə günü, 15 aprel tarixində “Ukraynalı uşaqlarla həmrəylik” xeyriyyə konserti keçiriləcək. Bu barədə Marneuli Mədəniyyət Mərkəzinin “Facebook” səhifəsində məlumat yayımlanıb.

“Şagird-Gənclər Milli Sarayının” Skripka Ansamblı “Sİ-Mİ” və Marneuli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə cümə günü, 15 aprel tarixində, saat 15:00-da “Ukraynalı uşaqlarla həmrəylik” xeyriyyə konserti keçiriləcək. Skripkaçılarla yanaşı Mədəniyyət Mərkəzinin yetirmələri də musiqili proqramla tamaşaçı qarşısına çıxacaq. Marneuli Mədəniyyət Mərkəzinə gedən qonaqların Ukraynalı uşaqlara yardım etmək üçün ianə toplamaq imkanı da olacaq. Buyurun, gəlin və birlikdə Ukrayna xalqına həmrəyliyimizi bildirək.

Başlanğıc: 15 aprel-saat 15:00 – “Facebook” səhifəsində yazılıb.

Rusiya ordusu Ukraynaya 24 fevral tarixində hücum edib və hərbi vəziyyət bu gün də davam edir. Ukrayna xalqına yardım etmək üçün dünyanın müxtəlif ölkələrindən, eləcə də Gürcüstandan humanitar yardımlar göndərirlər. Marneuli bələdiyyəsi də dəfələrlə yardımlara qoşulub.
Print ელ. ფოსტა
FaceBook Twitter Google