Marneulinin 1 saylı ictimai məktəbində ana dili gününə həsr edilmiş tədbir keçirilib
Bu gün, 14 aprel tarixində Marneuli 1 saylı ictimai məktəbində ana dili gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Kvemo Kartli Dövlət Müvəkkili Qiorqi Doxturişvili, Marneuli meri Kənan Ömərov və Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, eləcə də digər yerli hakimiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Marneulinin ictimai məktəblərinin bir sıra məzunlarına qızıl və gümüş medallar təqdim edilib.

“Kvemo Kartli regionunun əhalisini gürcü dili günü münasibəti ilə Marneulidən təbrik etdik. Eləcə də fərqlənən şagirdləri medalla mükafatlandırdıq. Bizim şagirdləri və pedaqoqları bu gün münasibəti ilə xüsusi olaraq təbrik etmək istəyirəm. Çünki Kvemo Kartli etnik baxımdan rəngarəngdir. Onların əməyi və iştirakı əvəzolunmazdır”, – Qiorqi Doxturişvili bildirdi



“Ana dili gününüzü, Gürcüstanın yaxın tarixində mühüm günü təbrik edirəm. Eləcə də medal qazananları bu gün münasibəti ilə təbrik etmək istəyirəm. Onlara qızıl və gümüş medallar təqdim etdik. Gələcək həyatlarında hamısına uğurlar arzu edirəm”, – Kənan Ömərov bildirdi.

“Bugünkü gün çox mühümdür. Dil kimliyin əsas əlamətlərindən biridir. Gürcüstanın varlığını, bizim vətənpərvərlik ruhumuzu, milli kimliyimizi məhz gürcü dili birləşdirir. Gəncləri bir daha təbrik edirəm. Biz bu gün ictimai məktəbi fərqlənmə ilə bitirən gəncləri mükafatlandırdıq”,
– Bələdiyyə Məclisi sədri bildirdi.

Tədbirdə Yeni Dioqnisi, Saimerlo, Maradisi, Tamarisi, Algeti 1 saylı, Böyük Muğanlı, Yuxarı Saral, Aşağı Saralın məktəbi fərqlənmə ilə bitirmiş şagirdlərinə medallar təqdim olundu.

Qeyd edək ki, medalların verilməsi illik ənənə idi. Ancaq tenderlərdə olan problemlərə görə, son bir neçə ildə medallar şagirdlərə eyni zamanda verilir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google