Marneulili idmançılar Zestafonidə keçirilən turnirdə medal və kubok qazanıblar
15-17 aprel tarixində Zestafoni şəhərində kikboksinq üzrə İmereti açıq birinciliyi keçirilib. Turnirdə Marneuli İdman Məkrəbinin dörd yetirməsi iştirak edib.

Marneuli İdman Məktəbinin PR xidmətindən “Marneuli” radiosuna bildirdilər ki, idmançılar yarışda mükafat qazanıblar.

“Dörd çəki kateqoriyasından üçü çempon, biri isə ikinci yerin sahibi oldu. 45 kq çəki kateqoriyasında birinci yeri Qiorqi Mirzoyan, 42 kq çəki kateqoriyasında birinci yerli Mişa Qiorqobiani qazanıb. 100+ çəki kateqoriyasında birinci yeri Mişa Tsirtsadze və 32 kq çəki kateqoriyasında ikinci yeri Dima Vartanyan qazanıb”,
- Marneuli İdman Məktəbindən bildirdilər.

İdman Məktəbinin yetirmələri turnirdə qazandıqları nəticələrə görə turnirin kubukonu daəldə ediblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google