Marneuli şəhərində 200 000 lari dəyərində infrastruktur layihəsinin həyata keçirilməsi planlaşdırılır
Marneuli şəhərində 200 000 lari dəyərində infrastruktur layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Bələdiyyə Məclisinin 18 aprel tarixində keçirilən iclasında danışıb. Onun sözlərinə görə, şəhərin girişindən Rustaveli küçəsindən keçməklə, Səməd Vurğun küçəsinin sonuna qədər səkilər, elektrik xətləri və s. qaydasına salınacaq.

“Planlaşdırmışıq və merlə razılaşmışıq. İlin sonunda mühüm layihə etmək istəyirik. Layihə şəhərin girişindən, dəmiryolu keçidinə qədər olan ərazini əhatə edəcək. İçməli su, kanalizasiyalar, asfaltı qatı, səkilər, elektrik xətləri - bütün işlər həyata keçiriləcək. Elektrik xətləri yuxarıda çox pis görünür, yerin altından çəkiləcək”,
- Qiorqadze bildirib.

Qiorqadzenin sözlərinə görə, ilin sonuna qədər layihə alınacaq və güman ki, 2023-cü ildən işlərə başlanılacaq.



Print ელ. ფოსტა
FaceBook Twitter Google