Polşada keçirilmiş turnirdə Marneulili cüdoçu ikinci yerə çıxıb
Polşanın Poznan şəhərində keçirilmiş cüdo üzrə Avropa kuboku oyunlarında Marneulili idmançı Kote Kapanadze uğurla mübarizə aparıb və ikinci yerə çıxıb.

Bu barədə Marneuli İdman Məktəbinin PR xidmətindən “Marneuli” radiosuna bildiriblər. Qeyd olunan çempionatda Gürcüstan cüdo yığmasının idmançıları komanda olaraq birinci yeri tutublar.

“Poznanda Avropa kuboku başa çatdı. Cüdo üzrə keçirilirdi və 23-24 aprel tarixində baş tutdu. Bizim məktəbin yetirməsi Kote Kapanadze 73 kq çəki dərəcəsində mübarizə aparırdı”, – İdman Məktəbindən bildirdilər.

Gürcüstanın Gənclər yığması Poznan şəhərində keçirilən çempionatdakı çıxışını 13 medalla başa vurub. Ümumi hesabda kişi və qadınlar arasında komandada birinci yeri tutub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google