BMT-nin Əhali Fondunun Gürcüstan ofisi və Marneuli Mədəniyyət Mərkəzi arasında memorandum bağlanıb

Bu gün, 27 aprel tarixində Marneuli İctimai Kitabxanasında BMT Əhali Fondunun Gürcüstan ofisi və Marneuli Mədəniyyət Mərkəzi arasında memorandum bağlanıb.

Memorandumun məqsədi mədəni cəhətdən həssas yaşlara uyğunlaşdırılmış və gender bərabərliyi prinsiplərinə əsaslanan səyyar kukla teatrının inkişafıdır. BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin rəhbəri Lela Bakradze “Marneuli” radiosu söhbəti zamanı bildirdi ki, bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində “Luna işıldaböcəklər ölkəsində” tamaşası hazırlanacaq və Marneulinin 30-a yaxın kəndinə səfər edəcəklər.

“Bu, daşınması asan formatda, xüsusi hazırlanmış teatr olacaq. Təəssüf ki, Marneulinin kəndlərində yaşayan bütün uşaqlar tamaşada iştirak edə bilmirlər. Ona görə belə format düşündük. Bu şəkildə bütün uşaqlara qədər gedib çıxacağıq. Marneuli Mədəniyyət Mərkəzi ilə çox innovativ əməkdaşlıq var. Bunu BMT-nin Əhali Fondu Avropa İttifaqının yardımı ilə həyata keçirir. Məqsəd uşaqlara və onların valideynlərinə hamının ailədə bərabər olduğunu xatırlatmaqdır. Ata və anaların uşaqlara bərbər qayğı göstərməsi, ailə qayğılarını bölüşməsi mühümdür. Düşünürük ki, belə yanaşma ilə çox adama bizim ölkənin inkişafı üçün mühüm olan sözümüzü çatdıra bilərik. Bu dəyərlər ölkənin davamlı inkişafına əsaslanır”, – Lela Bakradze bildirdi.

“Marneuli bələdiyyəsi, xüsusi ilə Marneuli Mədəniyyət Mərkəzi üçün mühüm gündür. Tamaşa qadın və qızlara qarşı zorakılıq əleyhinə aksiya çərçivəsində həyata keçirilir. Biz BMT-nin Əhali Fondunun məqsədlərini bölüşürük və ilk təklifdən, bu təşəbbüs bizə gələnə qədər qərar qəbul etdik ki, fəal şəkildə buna qoşulaq. Düşünürük ki, bu bizə maraqlı olan hədəf qruplara sözümüzü çatdırmaq üçün ən yaxşı yol olacaq. Bu məhz dörd yaşdan yeddi yaşa qədər uşaqlar və onların validyenləridir. Ümid edirəm ki, bu bizim əməkdaşlığımız ərzində yeganə layihə olmayacaq və gələcəkdə də çox işlər görəcəyik”, – Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili bildirdi.

“Luna işıldaböcəklər ölkəsində” kukla tamaşasının təqdimatı iyul ayında planlaşdırılır. Tədbir “Gürcüstanda qadın və qızlara qarşı zorakılıq” proqramı çərçivəsində keçirilib. Proqram Avropa İttifaqının dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Təşkilatı tərəfindən həyata keçirilir.

“Kişilər qayğı göstərir” kampaniyası çərçivəsində hazırlanmış “Luna və işıldaböcəklər planeti” uşaq kitabı BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin təşəbbüsü, Avropa İttifaqının dəstəyi ilə azərbaycan dilinə tərcümə olunub.

 


Print ელ. ფოსტა
FaceBook Twitter Google