Marneulili cüdoçular Respublika Turnirini mükafatla başa vurublar
Marneuli bələdiyyəsinin İdman Mətəbinin yetirmələri Tbilisidə keçirilmiş İsidore Mçedlidzenin xatirəsinə həsr olunmuş 28-ci Respublika Cüdo Turnirini mükafatla başa vurublar. İdman Məktəbindən “Marneuli” radisouna bildirdilər ki, idmançılar birinci, ikinci və üçüncü yerləri qazanıblar.

“Marneuli İdman Məktəbinin yetirmələri yarışda uğurla mübarizə apardılar. Mükafata layiq yerlər tutdular. Seymur Əliyev və Beka Çkadua birinci yeri qazandı. Temo Babluani, Nika Devdariani və Luka Naveriani ikinci yerə çıxıblar. Nika Burnadze, Oto Barbakadze və Hüseyn Qasımov isə üçüncü olublar”,
- İdman Məktəbindən bildirdilər.

Qeyd olunan turnirde 2008-2009 və 2010-2011-ci il təvəllüdlü idmançılar iştirak edirdi.



Print ელ. ფოსტა
FaceBook Twitter Google