Marneulidə 2022-ci ilin əvvəlindən bu günədək 448 körpə dünyaya gəlib
Marneuli bələdiyyəsindəki iki doğum evində 2022-ci ilin 1 yanvarından bu günə qədər 448 uşaq dünyaya gəlib. “Marneuli” radiosu “Aversi” klinikasının və “Geo Hospitals” Doğum Evlərindən məlumat əldə edib. Aversidən bildirdilər ki, tibb müəssisəsində 1 yanvardan bu günədək 202 uşaq dünyaya gəlib.

“Bizim doğum evində 1 yanvardan bu günədək 98 qız, 104 oğlan uşağı dünyaya gəlib”.

Marneuli “Geo Hospitals” Doğum Evində 1 yanvardan bu günə qədər ümumilikdə 246 uşaq dünyaya gəlib. Tibb müəssisəsindən bildirdilər ki, ötən illə müqayisədə hamilələrin sayı azdır.

“Qeydiyyata alınan hamilələrin sayı bu il ötən ildən azdır. Bizim Doğum Evində 2022-ci ilin gəlişindən bu günə qədər 151 oğlan, 95 qız uşağı dünyaya gəlib”,
- “Geo Hospitals” Doğum Evindən bildirdilər.

Marneuli bələdiyyəsində 2021-ci il ərzində 1595 uşaq dünyaya gəlib. Onlardan 847-si oğlan, 741-i isə qızdır. Bu isə 2020-ci ilin statistikasından 7 uşaq azdır.
Print ელ. ფოსტა
FaceBook Twitter Google