Mareti idman meydançasında oğlanlar arasında mini-futbol üzrə turnir keçirilib
Marneuli bələdiyyəsinin Roman Zoidze adına Şulaveri 1 saylı ictimai məktəbinin “vətəndaş klubu” və “Qamonateba” eko-klubunun təşkilatçılığı ilə Mareti idman meydançasında oğlanlar arasında mini-futbol üzrə turnir keçirilib.

Turnir simvolik olaraq məktəbdə təhsil almış milli qəhrəman Roman Zoidzenin adını daşıyırdı.

Qeyd olunan turnirdə Marneuli bələdiyyəsinin 8 ictimai məktəbinin komandası iştirak edirdi:

1. Roman Zoidze adına Şulaveri 1 saylı ictimai məktəb
2. Araflı ictimai məktəbi
3. Dioqnisi ictimai məktəbi
4. Daştəpə ictimai məktəbi
5. Maradisi ictimai məktəbi
6. Marneuli 2 saylı ictimai məktəbi
7. Xixani ictimai məktəbi
8. Şualveri 2 saylı ictimai məktəbi


Turnirin sonunda bütün iştirakçı komandalar mükafatlandırıldı. Birinci yerə Maradisi ictimai məktəbinin komandası, ikinci yerə Marneuli 2 saylı ictimai məktəbi, üçüncü yerə isə Xixani ictimai məktəbinin komandası çıxıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google