Marneuli uşaq bağçalarında kameralar quraşdırıla bilər
Marneuli bələdiyyəsinin uşaq bağçalarında, müşahidə kameraları quraşdırıla bilər. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kameralar artıq alınıb və valideynlərin istəyi olan halda otaqlara quraşdırılacaq.

“Təxminən, 15 kamera almışıq. Əgər valideynlər ərizə ilə bizə müraciət edərsə, otaqlara quraşdırılacaq. Əgər bağçada hansısa problem yaranarsa, məsələn, dayə tərəfindən uşağa qarşı qeyri-müvafiq rəftar olarsa, valideyn vəziyyəti aydınlaşdırmaq üçün bizim yanımıza gələcək. Biz kameraları yalnız işçi qruplarda quraşdıracağıq”, – Kərəmov dedi.

Uşaq Bağçaları Birliyindən bildirdilər ki, gələcəkdə ola bilsin, Marneuli meriyası ilə razılıqla bütün uşaq bağçalarında kameralar quraşdırılsın.



Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები