Mövsümi qrip üçün peyvəndlər Marneuliyə oktyabrda gətiriləcək
Marneulidə mövsümi qrip üçün peyvəndi oktyabrda vurdura bilərsiniz. Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Eter Laperadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, peyvəndi sentyabrın sonunda əldə edəcəklər və ambulatoriyalara paylayacaqlar.

“Qrip peyvəndi neçə komponentli olacaq – bu barədə peyvəndi əldə etdikdən sonra dəqiq məlumatımız olacaq. Ötən il nisbətən gec – oktyabrın sonuna yaxın qrip peyvnədlərinə başlanıldı.
Bu peyvəndi vurdurmaq insan üçün vacibdir”, –
Laperadze bildirdi.

Marneuli Xəstəliklərə Nəzarət Mərkəzindən bildirdilər ki, mövsümi qripə qarşı peyvəndi 6 ayını keçmiş hər kəsin vurdurması məsləhətdir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google